Xəzər Xəbər

Fevralın 1-dən minimum əmək pensiyası 280 manat olacaq

Cəmiyyət | 13:38 • 1 Fevral 2023
Fevralın 1-dən minimum əmək pensiyası 280 manat olacaq

Əmək pensiyasının minimum məbləği 2023-cü il fevralın 1-dən 280 manat məbləğində müəyyən olunacaq.

Xezerxeber.az xəbər verir ki, bu məsələ Milli Məclisin fevralın 1-də keçilən plenar iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Qeyd edək ki, dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 240 manatdan 280 manata qaldırılır. Artım təxminən 100 min pensiyaçını əhatə edəcək. 

Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” 5 yanvar 2023-cü il tarixli sərəncama əsasən, Nazirlər Kabinetinə 10 gün müddətində əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılmışdı.

Xəbər lenti