Xəzər Xəbər

Şəkərli diabetdən əziyyət çəkənlərin sayı 18 faiz artıb

Cəmiyyət | 17:10 • 8 Dekabr 2022
Şəkərli diabetdən əziyyət çəkənlərin sayı 18 faiz artıb

Bütün dünyada olduğu kimi ölkəmizdə də artıq çəkidən əziyyət çəkənlərin sayı artır. Artıq çəki bir çox xəstəliklərə səbəb olur. Bunların içərisində şəkərli diabet, hipertoniya, ürək-damar xəstəlikləri, mədə-bağırsaq xəstəlikləri əsas yer tutur. 2020-ci illə müqayisədə ölkəmizdə şəkərli diabetdən əziyyət çəkənlərin sayı 18 faiz artıb.

Xezerxeber.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova jurnalistlərə müsahibəsində deyib.

A.Əhmədova bildirib ki, səhiyyə qurumlarının üzərinə düşən əsas iş insanlara sağlam həyat tərzinə sövq eləməkdir: "Bu məqsədlə yaradılan portal gələn ildən işə düşəcək. Sayt olduqca funksional olacaq. Burada zərərli vərdişlərdən qurtulmaq, sağlam qidalanmaq istəyən insanlar üçün xeyli məqalə və faydalı məlumatlar yerləşdiriləcək. Eyni zamanda, saytda digər əhəmiyyətli funksiyalar da yer alacaq".

Xəbər lenti