Xəzər Xəbər

Əmək müqaviləsinə qanunsuz xitam verilən 95 nəfər əvvəlki işlərinə bərpa ediliblər

Cəmiyyət | 16:32 • 8 Dekabr 2022
Əmək müqaviləsinə qanunsuz xitam verilən 95 nəfər əvvəlki işlərinə bərpa ediliblər

Bu il əmək müqaviləsinə qanunsuz xitam verilən 95 nəfər əvvəlki işlərinə bərpa ediliblər.

Bu barədə xezerxeber.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xidmət 2022-ci ilin 11 ayı ərzində vətəndaş müraciətlərini araşdırarkən 95 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

Xəbər lenti