Xəzər Xəbər

Bəzi qoxulardan xoşlanma orqanizmdə vitamin çatışmazlığı ilə əlaqədardır

Cəmiyyət | 13:37 • 28 Noyabr 2022
Bəzi qoxulardan xoşlanma orqanizmdə vitamin çatışmazlığı ilə əlaqədardır

Bəzi insanların benzin, boya, aseton kimi qoxulardan xoşu gəlir. Bu, normal hal deyil və belə insanlarda diş pastası, tabaşır, qum, buz, torpaq yemək kimi qəribə hisslər olur.

Psixoloq Rafiq Allahverdiyev deyib: “Əgər benzin, aseton və digər bu kimi qoxulardan xoşlanma və hətta müəyyən elementləri yemə halları müşahidə olunursa, bu, həmin qatqıların tərkibində benzolun çox olması ilə əlaqədardır. Bütün insanlar, hətta müəyyən xəstəliyi olanlar, hamiləlik dövründə olan xanımlar həmin qoxuları o dərəcədə xoşlayırlar ki, onların baş beynində hiperaktiv uşaqlarda olduğu kimi şirinlik analizatorları güclənir. Onun güclənməsi ilə sinir sistemində pozuntu baş verir və onlarda hadisəni qavrama təsəvvürə keçir. Belə olanda isə bəzən onlar özlərini saxlaya bilməyərək tabaşırı, torpağı və digər şeyləri yeyirlər”.

Mütəxəssislərin dediyinə görə, həmin problemlər orqanizmdəki vitamin çatışmazlığı ilə əlaqədardır. Həkim-terapevt Zakir Quliyev bununla əlaqədar deyib: “Aparılan araşdırmalar göstərir ki, belə problemi olanlarda dəmir çatışmazlığı olur. Ona görə də onlar dəmir, metal qoxusu verən əşya və cisimləri qoxulamaq və yeməkdən həzz alırlar. Benzinin tərkibində konserogen, yəni xərçəng yaradan molekullar var. Benzini sürətlə tənəffüs yollarına qəbul edilməsi gələcəkdə ciddi şəkildə xəstəliklərə məruz qalmağa səbəb ola bilər”.

Qeyri-adi qoxulara qarşı müəyyən asılılıq yarananda həkimə müraciət etmək tövsiyə olunur. (AZƏRTAC)

Xəbər lenti