Xəzər Xəbər

Yol polisi hava şəraiti ilə bağlı müraciət edib

Cəmiyyət | 14:37 • 28 Noyabr 2022
Yol polisi hava şəraiti ilə bağlı müraciət edib

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.

Xezerxeber.az xəbər verir ki, İdarənin müraciətdə deyilir: 

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, soyuq və yağıntılı keçəcəyi proqnozlaşdırılır.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək yol qəzaları və digər xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına riayət etməyi, digər hərəkət iştirakçılarına qarşı nəzakətli davranmağı xahiş edir.

Yağışlı havalarda yol örtüyünün yaş olması sürüşmə ehtimalını artırdığı üçün sürücülər yol və meteoroloji şəraiti nəzərə alaraq kifayət qədər ara məsafəsi saxlamalı, sürət həddini minimuma endirməli, ötmə və manevretmə zamanı diqqətli olmalı, eləcə də nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarını təmiz saxlamalı, şüşə silgəcləri və şüşəyuyanların, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etməlidirlər.

Bununla yanaşı sürücülərə güclü külək əsən bölgələrdə nəqliyyat vasitələrini yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq saxlamaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların, aşma yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya altında dayanmamaq tövsiyə olunur.

Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalar da öz növbəsində ehtiyatlı olmalı, yolu onların hərəkəti üçün nəzərdə tutulmayan hissəsindən keçməməli, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər”.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
407 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti