Xəzər Xəbər

Kəlbəcərdə şəhid olan hərbçimiz dəfn edildi - YENİLƏNİB - FOTO

Cəmiyyət | 17:40 • 6 Avqust 2022
Kəlbəcərdə şəhid olan hərbçimiz dəfn edildi - YENİLƏNİB - FOTO

Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əliyev dəfn olunub.

Onun cənazəsi Naxçıvanın Culfa rayonunun Ləkətağ kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 XXX

Kəlbəcər rayonunda minaya düşərək şəhid olan hərbi qulluqçumuz Əliyev Babək Əsgər oğlunun nəşi ailəsinə təhvil verilib. 

Şəhidlə vida mərasimi Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ kəndində keçiriləcək.

Vida mərasimindən sonra şəhidin cənazəsi doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində avqustun 5-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu həlak olub.

Xəbər lenti

Çox oxunanlar