Xəzər Xəbər

Ərdoğan Qarabağdakı gərginlikdən DANIŞDI

Cəmiyyət | 14:35 • 6 Avqust 2022
Ərdoğan Qarabağdakı gərginlikdən DANIŞDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçi səfərindən qayıdan zaman jurnalistlərin suallarını cavablandırıb.

Qarabağdakı gərginliyi, Azərbaycan əsgərinin şəhid olması, ölkəmizin Londondakı səfirliyinə hücum barədə suallara cavabında Ərdoğan bu məsələləri Prezident İlham Əliyevlə müzakirə etdiklərini deyib.

“İki gün əvvəl İlham qardaşımla bu haqda ətraflı danışdıq. Əvvəlcə azərbaycanlı qardaşımızın şəhid olmasına səbəb olan hücumu pisləyirik. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşir. Azərbaycan təbii olaraq öz ərazisində hər hansı qeyri-qanuni silahlı ünsürlərin olmasını istəmir.

Üçtərəfli Bəyanatdan iki ilə yaxın vaxt keçir. Ermənistanın buradakı öhdəliklərini tez bir zamanda yerinə yetirməsi vacibdir. Azərbaycanın Londondakı səfirliyinə hücumu da qəbulolunmaz hesab edirik. Ümid edirik ki, bu hadisə ciddi və ətraflı şəkildə araşdırılacaq və günahkarlar lazımi cəzanı alacaqlar”, - deyə Türkiyə Prezidenti qeyd edib.

Mənbə: Haber Global

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti