Xəzər Xəbər

Komitə zorakılığa məruz qalan qadınla bağlı məlumat yaydı

Onlar müayinə üçün Sumqayıt uşaq xəstəxanasına yerləşdiriləcək
Cəmiyyət | 13:20 • 3 İyul 2022
Komitə zorakılığa məruz qalan qadınla bağlı məlumat yaydı

Sumqayıtda həyat yoldaşı tərəfindən zorakılıqla üzləşən və 4 uşağı ilə birgə mənzilini tərk edən qadın hazırda öz evində təhlükəsiz vəziyyətdədir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.

O əlavə edib ki, onlar müayinə üçün Sumqayıt uşaq xəstəxanasına yerləşdiriləcək. Daha sonra aidiyyəti üzrə bütün tədbirlər görüləcək. Məsələ aidiyyəti dövlət qrumlarının diqqətindədir.

Qeyd edək ki, ailə başçısı içki düşkünü olduğundan, sərxoş vəziyyətdə yoldaşına zorakılıq tətbiq edib, qadın da uşaqlarını götürüb evdən çıxıb. Gecə saatlarında polis qadın və uşaqların təhlükəsizliyini təmin edib. Artıq ailə başçısı polisə dəvət olunub. Onun barəsində müvafiq tədbir görüləcək.

Xəbər lenti