Xəzər Xəbər

Bakının bu rayonlarında su kəsildi

Cəmiyyət | 16:05 • 23 İyun 2022
Bakının bu rayonlarında su kəsildi

Magistral su xəttində baş vermiş qəza ilə əlaqədar Binəqədi rayonu 7-ci və 8-ci mikrorayonlara, həmçinin Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.

Bu barədə "Azərsu" ASC-dən Xezerxeber.az-a verilən məlumatda bildirilib.

Hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

 

Xəbər lenti

Çox oxunanlar