Xəzər Xəbər

I qrupa hazırlaşanların NƏZƏRİNƏ - Yeni dərslik hazırlandı

Cəmiyyət | 15:48 • 23 İyun 2022
I qrupa hazırlaşanların NƏZƏRİNƏ - Yeni dərslik hazırlandı

2023-cü və daha sonrakı illərdə I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin informatikayönümlü ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər üçün "İnformatika" vəsaiti hazırlanıb.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) Xezerxeber.az-a verilən məlumatda bildirilib.

Bildirilib ki, imtahanlara hazırlaşanlara elmi-metodiki kömək göstərilməsi DİM-in fəaliyyətinin mühüm istiqamət­lərindəndir. Abituriyentlər, yuxarı sinif şagirdləri və müəllimlər üçün nəzərdə tutulmuş DİM-in yeni “İnformatika” vəsaiti də bu istiqamət üzrə görülən işlərin davamıdır.

Vəsaitdə qəbul proqramına daxil edilmiş bütün mövzular əhatə olunub. Burada nəzəri materialla bərabər, hər mövzunun sonunda müstəqil qiymətləndirmə tapşırıqları və bölmənin sonunda isə ümumi yekunlaşdırıcı tapşırıqlar verilib.

Vəsaitdə situasiya tipli tapşırıqlar da təklif olunurmuşdur ki, bunlar da biliklərin qaza­nılmasında, bacarıq və vərdişlərin forma­laş­ma­sında böyük rol oyna­yır. Qeyd etmək lazımdır ki, situasiya tipli tapşırıqlar fənn kurikulumu­nun təlim nəticələrinin yoxlanılmasına və qiy­mət­ləndirilməsinə daha yaxşı imkan verir. Belə ki, bu tipli tapşırıqlarla situasiya daxilində verilənləri görə bilmək baca­rı­ğı, qoyulmuş sualların cavablan­dır­ılması üçün tətbiqetmə vərdişləri, müxtəlif vəziy­yət­lərdə qərarvermə, habelə alınmış nəticə­ləri təqdim­­­­­etmə bacarıqları yoxlanılır. Situasiya tipli tap­şırıq­ların üstün cəhətlərindən biri də müxtəlif məzmun xətlərinə aid alt standartların birgə yoxlanıla bilməsidir.

Vəsait aşağıdakı bölmələrdən ibarətdir:

1. İnformasiya və informasiya prosesləri

2. Say sistemləri

3. İnformasiyanın kodlaşdırılması və miqdarının ölçülməsi

4. Modelləşdirmə

5. Kompüterin aparat təminatı

6. Kompüterin proqram təminatı

7. Əməliyyat sistemi

8. Mətnlərin emalı

9. Elektron cədvəllər

10. Verilənlər bazası

11. Alqoritm

12. Proqramlaşdırma

13. Kompüter şəbəkələri

14. İnternet

15. Veb-proqramlaşdırma

16. İnformasiya təhlükəsizliyi

Vəsaiti iyunun 28-dən etibarən "Abituriyent" satış köşkündən (Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28, 8 Noyabr metrostansiyasının yanı), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkün olacaq.

 

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti