Xəzər Xəbər

Orfoqrafiya lüğətindən "hörümçək" sözü çıxarıldı, əvəzinə isə... FOTO

Cəmiyyət | 08:58 • 18 Yanvar 2022
Orfoqrafiya lüğətindən "hörümçək" sözü çıxarıldı, əvəzinə isə...

Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətindən “hörümçək” sözü çıxarılıb.

XəzərXəbər xəbər verir ki, bu barədə tanınmış jurnalist Qulu Məhərrəmli məlumat paylaşıb.

O bildirib ki, “hörümçək” sözünün əvəzinə lüğətə “spayder” sözü salınıb.

"Bu, zarafat deyil. Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətində "hörümçək" sözü çıxarılıb, "spayder" sözü salınıb, - Q.Məhərrəmli qeyd edib.

Əlavə edək ki, “hörümçək” sözü lüğətdən çıxarılsa da, bu sözdən yaranan “hörümçəkkimilər”, “hörümçəyəbənzər”, “hörümçəyəoxşar” sözləri saxlanılıb.

Qeyd edək ki, 2021-ci ildə “Elm” nəşriyyatında çapdan çıxan lüğətə 90 minə yaxın söz daxil edilib. Lüğətin elmi redaktoru AMEA-nın həqiqi üzvü Möhsün Nağısoyludur

Xəbər lenti