Xəzər Xəbər

Maşın ustası olmaq istəyənlərin nəzərinə!

Avtomobil təmiri çilingəri peşə ixtisası üzrə imtahan təşkil ediləcək
Cəmiyyət | 18:33 • 17 Yanvar 2022
Maşın ustası olmaq istəyənlərin nəzərinə!

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) vətəndaşları avtomobil təmiri çilingəri peşə ixtisası üzrə keçiriləcək imtahana dəvət edir.

Bu barədə XəzərXəbər-ə TKTA-dan məlumat verilib. Bildirilib ki, avtomobil təmiri çilingəri peşə ixtisası üzrə uzun müddət çalışmış, lakin peşəsi üzrə təhsil sənədi olmayan şəxslər əldə etdikləri bilik və bacarıqların qiymətləndirilməsi və tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edə bilərlər.

İmtahanlarda uğurlu nəticə göstərən ərizəçilər sonda müvafiq sahə üzrə təhsil sənədi əldə edəcək. Təhsil sənədi vətəndaşların karyerada yüksəlişinə və iş imkanlarının artırılmasına dəstək olacaq.

Ərizəçilər müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumat əldə etmək üçün TKTA-nın saytındakı keçiddən istifadə edə və imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

Rubrikanın digər xəbərləri

Leysan, dolu olacaq, SEL keçəcək
Leysan, dolu olacaq, SEL keçəcək XƏBƏRDARLIQ
16:39 • 9 İyun 2023
İyun ayının pensiyaları
İyun ayının pensiyaları ÖDƏNİLİB
13:33 • 9 İyun 2023
Sabah 32 dərəcə isti olacaq
Sabah 32 dərəcə isti olacaq PROQNOZ
12:38 • 9 İyun 2023
Rayonlara şimşək çaxıb, yağış yağıb
Rayonlara şimşək çaxıb, yağış yağıb FAKTİKİ HAVA
10:10 • 9 İyun 2023
Yollar BAĞLANACAQ
Yollar BAĞLANACAQ MÜRACİƏT
10:00 • 9 İyun 2023

Xəbər lenti