Xəzər Xəbər

Azərbaycanda yeni qərar qəbul edilir: Bu tarixlərdə iş olmayacaq

Respublika Günü və Dövlət Müstəqilliyi Gününün adının dəyişdirilməsi ilə bağlı layihə parlamentin iclasına tövsiyə edilib
Cəmiyyət | 33,171 | 13:29 • 6 Oktyabr 2021
Azərbaycanda yeni qərar qəbul edilir: Bu tarixlərdə iş olmayacaq

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

Deputatlar layihə barədə fikirlərini bildiriblər.

Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.

Layihəyə əsasən, 28 May - Respublika Gününün adı dəyişdirilərək mayın 28-i Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilir. Həmin günlər isə hər il bayram kimi qeyd olunacaq./report

Xəbər lenti

Çox oxunanlar