Xəzər Xəbər

Professor "Mü" ştammı ilə bağlı yayılan iddialara aydınlıq gətirdi: 3-4 gün davam edən öskürək...

Cəmiyyət | 13:41 • 22 Sentyabr 2021
Professor "Mü" ştammı ilə bağlı yayılan iddialara aydınlıq gətirdi: 3-4 gün davam edən öskürək...

"Koronavirusun ”Mü” ştammı ilk dəfə 2021-ci ilin yanvar ayının ikinci ongünlüyündə tapılıb. Belə olan halda, nəyə görə bu ştamm yalnız 9 aydan sonra -  yəni insanların beyni ardıcıl olaraq "Alfa”, "Beta”, "Qamma”, "Delta” və nəhayət "Lyambda” ştammı ilə zəhərləndikdən sonra gündəmə gətirildi?”.
 
Bunu tibb elmləri doktoru, professor Musa Qəniyev deyib. Mütəxəssisin sözlərinə görə, "Mü” ştammının genom quruluşu COVİD-19-la müqayisədə onun  yoluxduruculuq gücü və patogenliyinin yüksək olmasına heç bir halda təminat verə bilməz:

"Vaksinasiyanın əhalinin 20-60%-ni əhatə etdikdə, virusun özünü yaşatmaq üçün dözümlü mutant ştammlar yaratmaq fikri də, tamamilə əsassızdır.  "Mü” ştammının əsas klinik əlamətlərinə gəlincə isə, məgər bu əlamətlər digər xəstəliklər zamanı müşahidə olunmur? Temperaturun yüksəlməsi əksər xəstəlik və patoloji proseslərə, hətta günvurma və istivurmaya belə xasdır. Tutmaşəkilli öskürək, yuxarı tənəffüs yollarının əksər virus, mikrob və allergik xəstəliklərinə xas olan əsas əlamətlərdəndir.  

Hətta, adi siqareti tərgitdikdən sonra belə, 8 və 18-ci aylarda, 3-4 gün davam edən çox güclü, sürəkli və üzücü öskürək tutmaları baş verə bilər. Ən populyar dərman qruplarından biri olan, angiotenzinçevrici fermentin antaqonistləri, lizonopiril, enalapril və s. dərman maddələrinin mütəmadi qəbulu da tutmaşəkilli sürəkli öskürəyə səbəb ola bilər”.

Professor qeyd edib ki,  "Mü” ştammın hazırda yalnız ehtimal oluna biləcək xüsusiyyətləri insanları şiddət altında saxlamağa xidmət edir./Sfera.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti