Xəzər Xəbər

Müəllimlərin işə qəbulu müsabiqəsində vakansiya seçimi başa çatır

Cəmiyyət | 10:05 • 6 Avqust 2021
Müəllimlərin işə qəbulu müsabiqəsində vakansiya seçimi başa çatır

Avqustun 6-da Azərbaycan dili, alman dili, fizika, fiziki tərbiyə, fransız dili, kimya, informatika, riyaziyyat, rus dili və ədəbiyyatı, texnologiya və təsviri incəsənət fənləri üzrə test imtahanlarında iştirak etmiş namizədlər üçün vakansiya seçimi prosesi başa çatır.

Təhsil Nazirliyindən xezerxeber.az-a bildirilib ki, qeyd olunan fənlər üzrə namizədlər şəxsi səhifələrinə daxil olaraq saat 10:59-dək vakansiya seçimi edə bilərlər.

Xatırladaq ki, müəllimlərin işə qəbulu müsabiqəsində informatika fənni üzrə iştirak etmiş namizədlərə bu il ilk dəfə olaraq “Rəqəmsal bacarıqlar” layihəsi üzrə də vakansiya seçmək imkanı yaradılıb.

Xəbər lenti