Xəzər Xəbər

Bu ilin beş ayında 732,6 min şəxsə sosial müavinət və təqaüd ödənilib

Cəmiyyət | 10:16 • 18 İyun 2021
Bu ilin beş ayında 732,6 min şəxsə sosial müavinət və təqaüd ödənilib

Bu ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 732,6 min şəxsə sosial müavinət və Prezidentin aylıq təqaüdləri ödənilib.  

Xezerxeber.az Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir ki, onlardan 437,4 mini aylıq və birdəfəlik sosial müavinətlə, 295,2 mini Prezidentin aylıq təqaüdləri ilə təmin olunub.

Qeyd olunan müavinət və təqaüdlər üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 6,7 faiz və ya 26,2 mln. manat çox olmaqla, 420,1 mln. manat ödənilib.

Xəbər lenti