Xəzər Xəbər

Koronavirusa qarşı 1 milyon 800 minə yaxın vaksin vurulub

Cəmiyyət | 16:59 • 16 May 2021
Koronavirusa qarşı 1 milyon 800 minə yaxın vaksin vurulub

Mayın 16-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 17 min 623 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 4455, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 13168 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 795 min 49-a bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 1 min 30 min 831, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 764 min 218 nəfərdir.

Xəbər lenti