Xəzər Xəbər

Azərbaycanda birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 milyonu keçib

Cəmiyyət | 16:53 • 15 May 2021
Azərbaycanda birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 milyonu keçib

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 15 794 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 897, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 897 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 777 426, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 026 376, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 751 050 təşkil edir.

Xəbər lenti

Çox oxunanlar