Xəzər Xəbər

Şəhid ailələrinə dəstək tədbirləri davam edir

Cəmiyyət | 18:35 • 27 Mart 2021
Şəhid ailələrinə dəstək tədbirləri davam edir

Vətən müharibəsi zamanı şəhid olmuş və itkin düşmüş hərbi qulluqçuların, eləcə də qazilərin ailə üzvlərinin Müdafiə Nazirliyi mütəxəssis-psixoloqları və yerli icra hakimiyyəti nümayəndələri tərəfindən ziyarəti davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, nazirliyin, həmçinin Salyan, Neftçala, Cəlilabad, Ağcabədi, Tərtər, Hacıqabul rayonları və Mingəçevir şəhər icra hakimiyyətlərinin nümayəndələri ailələrin sosial problemlərini öyrəniblər. Psixoloji yardıma və reabilitasiyaya ehtiyacı olan şəxslər müəyyənləşdirilib, onlara sosial-psixoloji dəstək göstərilib.

Bu qəbildən olan vətəndaşların problemləri daim diqqət mərkəzində saxlanılır və onlara dəstək tədbirləri davam etdirilir.

Xəbər lenti