Xəzər Xəbər

Professor: Cəbrayılda heç zaman ermənilər yaşamayıb və orada erməni tarixinin izləri də yoxdur

Cəmiyyət | 15:13 • 27 Mart 2021
Professor: Cəbrayılda heç zaman ermənilər yaşamayıb və orada erməni tarixinin izləri də yoxdur

İşğal dövründə Azərbaycanın həm xristian, həm də islam mədəniyyəti irsinə qarşı vandallıq göstərən ermənilər yaxın günlərdə daha bir riyakarlıq edərək guya azərbaycanlıların Cəbrayıl rayonunda erməni tarixi irsinə aid kilsəni dağıtdıqları barədə car çəkirlər. Halbuki Cəbrayılda heç bir zaman ermənilər yaşamayıb və müvafiq olaraq orada erməni tarixinin izləri də yoxdur. Əslində söhbət işğal dövründə, işğalçı erməni hərbçilərinin dini əməllərinin icrası üçün 2017-ci ildə istifadəyə verilmiş müasir binadan gedir.

Bunu Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli deyib.

Alimin sözlərinə görə, ermənilər belə hesab edirlər ki, yüzlərlə kəndimizi, şəhərimizi viran qoyub özləri üçün kilsə inşa edib bunu tarixi abidə elan edə bilərlər və onların məntiqinə görə bu normal bir haldır: "Bu son hadisələr bir daha sübut edir ki, “erməni” adlı xəstəliyin ən yaxşı müalicəsi Azərbaycan əsgərinin zərbələridir".

 

 

Xəbər lenti