Xəzər Xəbər

Yaşadığı ünvanı tərk edən koronavirus xəstəsinin məhkəməsi başlayıb

Cəmiyyət | 10:49 • 5 Dekabr 2020
Yaşadığı ünvanı tərk edən koronavirus xəstəsinin məhkəməsi başlayıb

Mingəçevirdə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi barəsində cinayət işinin istintaqı başa çatıb.


Şəhər sakini Yaqub Rəhimov barəsində toplanan cinayət işinin materialları baxılması üçün Mingəçevir şəhər Məhkəməsinə göndərilib.


Cinayət işi hakim Ələkbər Hüseynovun icraatına verilib.


Qeyd edək ki, koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Yaqub Rəhimov ev şəraitində müalicə alsa da, o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Dərhal şəhər ərazisində onun olduğu əraziyə həkim briqadası dəvət edilib. Həmin şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək yaşadığı ünvana aparılıb.


Mingəçevir Şəhər Polis Şöbəsində Y.Rəhimov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi başlanılıb və o, polis nəzarətinə götürülüb.apa


Nərmin Məcidli

Xəbər lenti