Xəzər Xəbər

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Türkiyə bayrağına büründü - FOTOLAR

Cəmiyyət | 22:14 • 29 Oktyabr 2020
Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu

Türkiyənin Respublika Günü münasibətilə BakıOlimpiya Stadionu və Heydər Əliyev Mərkəzi qardaş ölkənin bayrağı şəklində işıqlandırılıb.

Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin "Facebook” hesabında paylaşım edilib.
"Cümhuriyyət Bayramımız münasibətilə bu gün Bakı Olimpiya Stadionunda bayrağımız təsvir olunub. Təşəkkürlər Azərbaycan!”, - səfirlikdən bildirilib.

Heydər Əliyev Mərkəzi ilə bağlı görüntüləri isə Türkiyənin NTV portalı paylaşıb.

Xəbər lenti