Xəzər Xəbər

AzMİU Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat köçürdü

Cəmiyyət | 10:59 • 2 Oktyabr 2020
AzMİU Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat köçürdü

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna 50 min manat vəsait köçürüb.


Bu barədə AzMİU-nun Elmi Şurasının dünən keçirilən növbədənkənar iclasında qərar  qəbul edilib. 


Qərarda bildirilir ki, torpaqlarımızın erməni işğalından azad olması, Vətənimizin  bütövlüyü uğrunda döyüşən qəhrəman Ordumuza maddi və mənəvi dəstək olmaq hər bir vətəndaşımızın mənəvi borcudur: "Ordumuza, cəbhədə, Qarabağda tarix yazan mərd oğullarımıza dəstək olmaq bizim üçün qürurdur, böyük şərəfdir! Biz böyük zəfərlər astanasındayıq. Yolumuz haqq yoludur və inanırıq ki, qələbə bizimlədir!”.


Xatırladaq ki, bundan əvvəl də AzMİU tərəfindən Koronovirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat yardım edilib.



Xəbər lenti