Xəzər Xəbər

Gürcüstanda toy mərasimində 10-dan çox adamın iştirakı qadağan edilib

Cəmiyyət | 15:00 • 9 Sentyabr 2020
Gürcüstanda toy mərasimində 10-dan çox adamın iştirakı qadağan edilib

Gürcüstanda toy mərasimində 10-dan çox adamın iştirak etməsi qadağan olunub.


Bu barədə Gürcüstan Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib. Bildirilib ki, ölkədə nikah aktının imzalanması qadağan edilmir, məhdudiyyət yalnız onun tədbir şəklində qeyd olunmasına aiddir.


Qeyd olunub ki, eyni məhdudiyyətlər ad günü şənlikləri və digər bu kimi sosial tədbirlərə də şamil edilir. Qərarın ölkədəki epidemioloji vəziyyət nəzərə alınaraq qəbul edildiyi vurğulanıb. (APA)

Xəbər lenti