Xəzər Xəbər

Azərbaycanın bu ərazilərində temperatur 5 dərəcəyə enəcək - PROQNOZ

Cəmiyyət | 09:42 • 26 Avqust 2020
Azərbaycanın bu ərazilərində temperatur 5 dərəcəyə enəcək - PROQNOZ

Azərbaycanda bu günə gözlənilən hava şəraiti açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən XəzərXəbər verilən məlumata görə 26 avqustda Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.


Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 25-28, Bakıda gecə 17-19, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək. Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-18, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq.

Xəbər lenti