Xəzər Xəbər

Əcnəbilərin Azərbaycanda ov etməsi məsələsinə münasibət bildirilib

Cəmiyyət | 17:18 • 25 Avqust 2020
Əcnəbilərin Azərbaycanda ov etməsi məsələsinə münasibət bildirilib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ərəblərin Azərbaycanda ov etməsi məsələsinə münasibət bildirib.


Xezerxerber.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi "Facebook" səhifəsində "Ekspert saatı" adlı verilişdə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib ki, xarici ovçuların ölkəmizdə ov etməsinə bəzən qısqanc yanaşılır, amma bunu anlayışla qarşılamaq lazımdır: "Çünki xarici vətəndaşların ovu qanunvericilik aktlarından, Konstitusiyadan irəli gəlir. Vətəndaşlığından asılı olmayaraq bir sıra hüquqlar hamıya şamil edilir. Məsələn, Azərbaycan vətəndaşı sürücülük vəsiqəsi ilə gedib bir çox ölkələrdə kirayəyə nəqliyyat vasitəsi götürüb sürə bilər və ya bizim vətəndaşlar da xaricdə ov edə bilər. Ancaq bunun daim davam etməsi fikri ilə razı deyiləm. Ən azından son 6 ayda pandemiya ilə əlaqədar ölkələrə giriş-çıxış olmadığı halda hansısa xarici vətəndaşın gəlib ov etməsi absurddur. Qeyd edim ki, təkcə 2019-cu ildə ov qaydalarının pozulmasına görə 20 xarici vətəndaşın hər biri 2000 min manat məbləğində cəzalandırılıb. Qanunvericiliyi pozduqlarına görə onların əksəriyyətinin Azərbaycandan məcburi çıxarılması üçün müraciət edilib. 2018-ci ildə isə 16 xarici vətəndaşa qarşı cəza tətbiq olunub. Ancaq nəzərə almaq lazımdır ki, xaricilərin ölkəmizə hər hansı məqsədlə, xüsusilə də turizm və ov üçün gəlməsi həm büdcəmizə xeyirdir, həm də müəyyən xidmət sahəsində çalışan, nəqliyyat vasitələrini kirayəyə verən ölkə vətəndaşlarının rifahı üçün də çox vacibdir”.

Xəbər lenti

Çox oxunanlar