Xəzər Xəbər

Avqustun 3-dək “ASAN xidmət” və “ASAN Kommunal”da qeyri-iş günü olacaq

Cəmiyyət | 20:16 • 30 İyul 2020
Avqustun 3-dək “ASAN xidmət” və “ASAN Kommunal”da qeyri-iş günü olacaq

İyulun 31-dən avqustun 3-dək Qurban bayramı ilə əlaqədar "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən xezerxeber.az-a verilən məlumata görə, avqustun 4-dən etibarən vətəndaşlar müvafiq qaydalar əsasında mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlana bilərlər. Belə ki, aprelin 27-dən "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət” mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.

Xəbər lenti