Xəzər Xəbər

Bəzi şəhərlərdə “ASAN” mərkəzləri işləməyəcək - TƏFƏRRÜAT

Cəmiyyət | 16:18 • 4 İyun 2020
 Bəzi şəhərlərdə “ASAN” mərkəzləri işləməyəcək  -

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarına əsasən aidiyyəti "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti də məhdudlaşdırılacaq.


"ASAN xidmət"dən xezerxeber.az-a verilən məlumata görə, Bakı şəhərindəki bütün "ASAN xidmət” və "ASAN Kommunal”, həmçinin Sumqayıt və Gəncə regional "ASAN xidmət” mərkəzlərinin fəaliyyəti 5 iyun saat 14:00-dan 8 iyun 2020-ci il saat 09.00-dək dayandırılır.


Qeyd olunan tarixlərdə hazır sənədlərin götürülməsi üçün mərkəzlərə müraciət etməli olan vətəndaşlar növbəti iş günlərində müvafiq xidmətlərdən yararlana bilərlər.


Xatırladaq ki, 27 aprel tarixindən "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.

Rubrikanın digər xəbərləri

Hava ilə bağlı növbəti
Hava ilə bağlı növbəti XƏBƏRDARLIQ
17:15 • 5 May 2024
Günəşdə daha bir güclü
Günəşdə daha bir güclü PARTLAYIŞ
14:19 • 5 May 2024
1274 namizəd rezidenturaya
1274 namizəd rezidenturaya İMTAHAN VERDİ
13:55 • 5 May 2024
Yağış, dağlıq rayonlara qar yağacaq
Yağış, dağlıq rayonlara qar yağacaq PROQNOZ
12:57 • 5 May 2024
Bakıda avtomobillər toqquşdu
Bakıda avtomobillər toqquşdu YARALANANLAR VAR
09:22 • 5 May 2024

Xəbər lenti