Xəzər Xəbər

Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?

Cəmiyyət | 14:45 • 13 Yanvar 2020
Qeyri-sabit hava şəraiti

Bu gün müşahidə edilən qeyri-sabit hava şəraiti sabahdan etibarən mülayimləşəcək.

Bu sözləri açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, yanvarın 14-də ölkə ərazisində hava şəraiti mülayim və əsasən yağmursuz keçəcək:

"Sabah paytaxtda mülayim şimal küləyi əsəcək. Bölgələrdə və eləcə də paytaxtda yağmursuz hava şəraiti müşahidə ediləcək”.

Xəbər lenti