Xəzər Xəbər

Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoruna “məcburi göstəriş” verilib

Cəmiyyət | 13:37 • 7 Yanvar 2020
Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoruna “məcburi göstəriş” verilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı "Qaynar xətti”nə Qobustan Milli Tarix-Bədii Qoruğunun ərazisində ötən ilin yazında əkilən ağacların quruması ilə bağlı daxil olan məlumatı nazirliyin əməkdaşları yerində araşdırıblar.


Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, əraziyə keçirilən baxış zamanı həqiqətən də ağacların bir hissəsinin lazımi qulluq göstərilmədiyindən quruduğu müəyyən edilib.


"Qoruğun direktoruna qurumuş ağacların yeniləri ilə əvəz olunması və ağaclara aqrotexniki qulluq göstərilməsi məqsədilə icrası məcburi olan göstəriş verilib. Nazirlik yaşıllıqların, ətraf mühitin qorunması sahəsində əsl vətəndaş mövqeyi nümayiş etdirən, yaşıllıqlara qayğı ilə yanaşan və qurumun işinə dəstək göstərərək ekoloji pozuntularla bağlı məlumatları dərhal bizə çatdıran hər kəsə, o cümlədən media nümayəndələrinə təşəkkürünü bildirir”, - deyə nazirliyin sözçüsü əlavə edib.

Xəbər lenti