Xəzər Xəbər

Bakıda zəhərlənmiş iki tələbə evə buraxılıb - YENİLƏNİB

Cəmiyyət | 11:24 • 30 Noyabr 2019
Bakıda zəhərlənmiş iki tələbə evə buraxılıb -

Səhər saat 07:59 da 3 saylı şəhər xəstəxanasına zəhərlənmə ehtimalı ilə gətirilən 21 və 22 yaşlı tələbə oğlanlara lazımı yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.


Səhiyyə Nazirliyindən xezerxeber.az-a bildirilib ki, onların həyatları üçün təhlükə yoxdur.


09:43


Nizami rayonu NZS qəsəbəsində iki nəfər qidadan zəhərlənib.


Səhiyyə Nazirliyindən xezerxeber.az-a bildirilib ki, bu barədə məlumat Təcili Tibbi Yardıma saat 07:59 da daxil olub.


Ünvana gedən həkimlər oradan zəhərlənmə ehtimalı ilə 21 və 22 yaşlı tələbə oğlanları götürüblər. 3 saylı şəhər xəstəxanasına çatdırılan tələbələr kirayələdikləri evdə turşu yediklərini bildiriblər. Onlara lazımi tibbi yardım göstərilib. Müalicələri davam edir.

Xəbər lenti