Xəzər Xəbər

Milli Məkan Məlumatları vətəndaşlara xidmət göstərəcək

Cəmiyyət | 13:02 • 25 İyul 2019
Milli Məkan Məlumatları vətəndaşlara xidmət göstərəcək

Milli Məkan Məlumatları bütün dövlət orqanlarında "data”ya əsaslanaraq vətəndaşlara xidmət göstərəcək.


Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev iyulun 25-də Bakıda keçirilən "Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun əsasları” adlı konfransında deyib.


O qeyd edib ki, Elektron Hökumət yeni "myGov” portalı ilə vətəndaşlara xidmət edir. Milli Məkan Məlumatları bütün dövlət orqanlarının "data”ya əsaslanan çevik qərar qəbul etmə məzmununun tətbiqinə töhfə verəcək. Bu vacib infrastrukturdur. Dövlət xidmətlərinin həm vətəndaşlara çatdırılması istiqamətində, həm də iqtisadi-sosial layihələrin keçirilməsi istiqamətində bu layihə fayda verən, vacib sistem olacaq.


Ü.Mehdiyev Milli Məkan Məlumatları İnfrastrukturunun rəqəmsal hökumətin vacib komponentlərindən biri olduğunu və bu sistemin tez bir zamanda qurulmasının vacibliyini vurğulayıb. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi milli məkan məlumatlarının ilkin mənbəyini və onları formalaşdıran aidiyyəti dövlət qurumlarının siyahısını müəyyən edir: "Artıq Milli Məkan qaydaları ilə bağlı qərar qəbul olunub. Bununla bağlı Əmlak Məsələləri Dövlət Komitəsində ciddi işlər həyata keçirilir”.

Xəbər lenti