Xəzər Xəbər

Xərçənglə mübarizənin əsas 3 üsulu Alman onkoloqdan məsləhət

Cəmiyyət | 16:51 • 4 Fevral 2019
Xərçənglə mübarizənin əsas 3 üsulu
"Xərçəng xəstəliyinə qarşı ən yaxşı profilaktika siqaretdən imtina etmək, düzgün qidalanmaq və aktiv həyat tərzi keçirməkdir”. 


Bu sözləri Almaniyanın Heydelberq şəhərində yerləşən onkologiya üzrə elmi-təhqiqat xəstəxanasının baş həkimi professor Mixael Baumann deyib.

Professor həmçinin bildirib ki, xərçəng növlərinin 30 faizi tütün məhsullarından istifadəyə görə yaranır.


M.Baumann xərçəngdən qorunmaq üçün düzgün həyat tərzi keçirməyi, vaksinlərdən istifadə etməyi və xəstəliyin vaxtında aşkar edilərək müalicəsinə başlanmasını məsləhət görüb.

Xəbər lenti