Xəzər Xəbər

Azərbaycanın orta məktəblərində qış tətili başlayır

Cəmiyyət | 13:46 • 22 Yanvar 2019
Azərbaycanın orta məktəblərində qış tətili başlayır

Bu həftə Azərbaycanın orta məktəblərində qış tətili başlayır.


2018-2019-cu dərs ilinin 4 günlük qış tətilinə yanvarın 28-də start veriləcək.


Tətil yanvarın 31-dək davam edəcək. Fevralın 1-də dərs olacaq.


Qeyd edək ki, məktəblərdə dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir.


Xatırladaq ki, ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili isə 1-5 may tarixlərini əhatə edəcək.

Xəbər lenti