Xəzər Xəbər

Bu günə olan Krasnoyarsk-Bakı-Krasnoyarsk aviareysi ləğv edilib

Cəmiyyət | 13:36 • 22 Yanvar 2019
Bu günə olan Krasnoyarsk-Bakı-Krasnoyarsk aviareysi ləğv edilib

Yanvarın 22-də həyata keçirilməli olan Krasnoyarsk-Bakı-Krasnoyarsk aviareysi ləğv edilib.


AZƏRTAC Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər ki, "IrAero” aviaşirkətinin yerli vaxtla saat 13:30-da "IO 247” saylı Krasnoyarskdan Bakıya olan uçuşu ləğv olunub. Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən "IrAero”nun yerli vaxtla saat 14:30-dan Bakıdan Krasnoyarska olan "IO 248” saylı uçuşu da ləğv olunub. Aviareyslər "RJ 85” təyyarəsi ilə həyata keçirilməli idi.


Krasnoyarsk-Bakı-Krasnoyarsk aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.


Xəbər lenti