Xəzər Xəbər

Sinoptiklərdən növbəti xəbərdarlıq

Cəmiyyət | 14:10 • 3 Dekabr 2018
Sinoptiklərdən növbəti xəbərdarlıq
Sinoptiklər ölkə ərazisində gözlənilən yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 4-də arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var.

Dekabrın 5-i axşamdan 6-sı gündüzədək bəzi rayonlarda arabir yağış yağacağı proqnozlaşdırılır. Yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı bildirilir.

Xəbər lenti