Xəzər Xəbər

Dırnaq boyalarının zərərləri

Cəmiyyət | 11:42 • 3 Noyabr 2018
Dırnaq boyalarının zərərləri

Dırnaq boyalarından çox istifadə etmək ziyanlıdır. Belə dırnaqlar zəifləməyə başlayacaq və tez saralacaq.

XəzərXəbər dırnaq boyası haqqında yazını təqdim edir:

Dırnaq boyasının təhlükəsi zəhərindən ibarətdir. Bəzi boyaların tərkibinə səhhətimizə zərər verən aşağıdakı komponentlər daxildir:

Toluol (Toluene) - həlledici maddədir, onun sayəsində dırnaqlarda hamar örtüyü yaradılır və piqment saxlanılır. Araşdırmalarda məlum olub ki, toluol mərkəzi sinir sisteminə təsir göstərə və reproduktiv funksiyasının pozulmasına səbəb ola bilər. Keyfiyyətsiz laklardan çox istifadə baş ağrıları, ürəkbulanma, zəiflik, ürəkkeçmələrə səbəb ola bilər.

Formaldehid (Formaldehyde) - rəngsiz qazdır. Lakların istifadə müddətdi bu qazdan asılıdır. Formaldehid allergiyası olan insanların dərisinə təmas etdikdə dermatit və kimyəvi yanıqlarla nəticələnmə təhlükəsi artır. Daha ağır hallarda qıcolmalar, ürək ritminin pozulması, hətta xərçəngi yarana bilər.

Dibutilfat (Dibutyl Рhthalate) aromatizator kimi istifadə olunur. Buna görə təhlükəli komponent nəfəs yolları xəstəlikləri, endokrin pozğunluqlar, hətta ginekoloji xəstəliklər yarada bilər.

Alimlər mövzu ilə bağlı 24 qadının iştirak etdiyi tədqiqat aparb. İştirakçılar dırnaqlarını boyadıqdan 6 saatdan sonra onların əksəriyyətinin difenilfosfat turşusu səviyyəsinin yüksəldiyi, bu səbəbdəndə metabolizmi prosesində problemlər yarandığı qeydə alınıb. Boya çəkdikdən 10 saat sonra isə iştirakçıların bədənində difenilfosfat turşusunun normadan 7 dəfə artıdığı məlum olub.

Bəs sağlamlıq üçün təhlükəsiz olan boyanı necə seçməli?

Bunun üçün boyaların üzərindəki yazıları oxumaq lazımdır. Bəzi boyalarda xüsusi qeydlər var. Məsələn, "5-Free" o deməkdir ki, boyada formaldehid (formaldehyde), toluol (toluene), dibutilfat (dibutyl phthalates) kamfora (camphor) yoxdur.

"3-Free" isə boyada yalnız 3 komponent: formaldehyde, dibutyl phthalate və toluene olmadığını bildirir.

Səhhətinizin qeydinə qalmaq istəyirsinizsə, dırnaq boyasını almazdan əvvəl yazılara diqqət yetirin.

AzNews.az

Xəbər lenti

Çox oxunanlar