Xəzər Xəbər

Yağış yağacaq, külək əsəcək XƏBƏRDARLIQ

Cəmiyyət | 11:12 • 1 Noyabr 2018
Yağış yağacaq, külək əsəcək

Noyabrın 01-i gündüz saatlarında gözlənilən hava şəraiti açıqlandı. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə Bakıda və Abşeron yarımadasında noyabrın 01-i gündüz saatlarında hava şəraitinin buludlu olacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu  18-20 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə noyabrın 01-i gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu 15-20, dağlarda 5-10 dərəcə isti təşkil edəcək.

Xəbər lenti