Xəzər Xəbər

Axşama gözlənilən hava proqnozu açıqlandı

Cəmiyyət | 16:40 • 24 Oktyabr 2018
Axşama gözlənilən hava proqnozu açıqlandı

Havanın temperaturu 18-20, dağlarda 10-12 dərəcə isti təşkil edəcək

Oktyabrın 24-ü axşam saatlarında gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə XəzərXəbər-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Proqnoza görə, Bakıda və Abşeron yarımadasında bu gün axşam saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu 17-19 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında bu gün axşam saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu 18-20, dağlarda 10-12 dərəcə isti təşkil edəcək.

Xəbər lenti