Xəzər Xəbər

Badamdardakı sürüşmə sahəsində çatlar genişlənir

Cəmiyyət | 15:37 • 21 Oktyabr 2018
Badamdardakı sürüşmə sahəsində çatlar genişlənir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahın üzvləri Badamdar sürüşmə zonasında müşahidələr və monitorinqləri davam etdirirlər.


Nazirliyin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, aparılan araşdırmanın saat 15:00-a olan nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır. Sürüşmənin yuxarı hissəsində kəsilmiş yamacda uçqun-töküntu prosesi və quruntun yerdəyişməsi müşahidə edilir. Sürüşmənin sağ və sol hissəsindəki mövcud çatlarda səhər saatları ilə müqayisədə genişlənmə qeydə alınıb.

Xəbər lenti