Xəzər Xəbər

Bu il rekord sayda abituriyent tələbə adını qazanıb

Cəmiyyət | 11:31 • 11 Oktyabr 2018
Bu il rekord sayda abituriyent tələbə adını qazanıb

2018-2019-cu tədris ili üzrə qəbul imtahanlarının nəticələrinə əsasən, əvvəlki illərlə müqayisədə rekord sayda - 41 min abituriyent tələbə adını qazanıb, 500 və daha artıq bal toplayan məzunlar arasında 2090 nəfər müəllim peşəsini seçib.


Xezerxeber.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimində çıxış edərkən deyib.


Təhsil Nazirliyinin son illərdə təhsilin inkişafı sahəsində həyata keçirdiyi islahatların ayrı-ayrı pavilyonlarda əksini tapdığını vurğulayan nazir sərginin ziyarətçilər üçün faydalı olacağını deyib.


C.Bayramov qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın imzalanmasından ötən 5 il ərzində təhsilin müxtəlif pillələrini əhatə edən istiqamətlər üzrə mühüm dövlət sənədləri qəbul edilib və layihələr həyata keçirilib.

Xəbər lenti