Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması
və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Şəmkir su anbarının
sağ sahilində istifadəsi qanunvericiliklə qadağan edilmiş sintetik
saplı torla balıq ovlayan şəxs saxlanılıb.
Nazirlikdən XəzərXəbər-ə verilən məlumata görə, araşdırma zamanı icazəsiz ov edən şəxsin Şəmkir
rayon Xuluf kənd sakini Tural Rzazadə olduğu müəyyən edilib, ondan
müxtəlif növ balıqlar, ov alətləri və rezin qayıq götürülüb. Balıq
ehtiyatına vurulan ziyan hesablanaraq təqsirkar barəsində 429 manat
məbləğində iddia qaldırılıb.
Dəyən ziyan cinayət tərkibi
yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər
hüquq-mühafizə orqanına göndərilib.