Xəzər Xəbər

Astanada Azərbaycan və Qazaxıstan arasında əmək münasibətləri müzakirə olunub

Cəmiyyət | 15:30 • 5 Sentyabr 2018
Astanada Azərbaycan və Qazaxıstan arasında əmək münasibətləri müzakirə olunub

Qazaxıstanın paytaxtı Astana şəhərində səfərdə olan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qazaxıstanlı həmkarı Madina Abılkasımova ilə görüşüb.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Qazaxıstan arasında əmək münasibətləri və məşğulluq sahəsində olan imkanlar müzakirə edilib. Azərbaycanda aparılan islahatlar, yaradılan elektron sistemlər və görülən işlər barədə məlumat verilib. Qazaxıstan tərəfi əmək müqaviləsi qeydiyyatı sistemindəki Azərbaycan təcrübəsini böyük maraqla qarşılayıb və bu sahədə təcrübə mübadiləsinin həyata keçirilməsi razılaşdırılıb.


Qazaxıstanda məşğulluq, əmək birjalarının elektronlaşdırılması, rəqəmsallaşdırılma sahələrində irəliləyişlər əldə olunub. Azərbaycanın islahat proqramına daxil olan məşğulluq sahəsində yaradılacaq geniş portalda da bu təcrübədən istifadə ediləcəyi bildirilib.


Hər iki ölkədə əldə olunan yeniliklərin müzakirəsinə və tətbiqinə imkan yaradılacaq. Bundan əlavə sosial müdafiə və sosial təminat, yaşın artırılması, bədbəxt hadisələrdən sığorta mexanizmi ilə bağlı müzakirələr aparılıb və təcrübə mübadiləsinin həyata keçiriləcəyi qeyd edilib.


Əməkdaşlıq istiqamətlərini özündə əks etdirən memorandum layihəsinin hazırlanaraq Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi nazirinin Azərbaycan səfəri zamanı imzalanması nəzərdə tutulub. Sənədə əsasən təcrübə mübadiləsi və imkanların araşdırılması üçün qarşılıqlı platformanın yaradılması planlaşdırılır.


Ümumilikdə Azərbaycan və Qazaxıstan arasında iqtisadi, sosial sahədə əməkdaşlıq inkişaf edir.

Rubrikanın digər xəbərləri

Hava ilə bağlı növbəti
Hava ilə bağlı növbəti XƏBƏRDARLIQ
17:15 • 5 May 2024
Günəşdə daha bir güclü
Günəşdə daha bir güclü PARTLAYIŞ
14:19 • 5 May 2024
1274 namizəd rezidenturaya
1274 namizəd rezidenturaya İMTAHAN VERDİ
13:55 • 5 May 2024
Yağış, dağlıq rayonlara qar yağacaq
Yağış, dağlıq rayonlara qar yağacaq PROQNOZ
12:57 • 5 May 2024
Bakıda avtomobillər toqquşdu
Bakıda avtomobillər toqquşdu YARALANANLAR VAR
09:22 • 5 May 2024

Xəbər lenti