Qoç- Fenomenal iş
qabiliyyətiniz sizin uğurunuzun açarıdır. Enerji və inadkarlıq tələb
edən işlərdə sizin rəqibiniz yoxdur. Yorulmaq nə olduğunu bilmirsiniz,
eyni işlə uzun müddət məşğul olsanız da, bezmirsiniz. Hərəkətsiz işlərə
tez-tez yaradıcı nöqteyi-nəzərdən yanaşırsınız. Gəlirlərinizi artıra
biləcək yaxşı ideyalar fikirləşə bilərsiniz.
Yüngül fikirlər və özünüzə həddən artıq güvənməyiniz sizi pis vəziyyətdə
qoya bilər. Vacib işləri axırıncı ana saxlamayın. Ümid etməyin ki,
həmin işlərlə tez bacara bilərsiniz. Hər işdə ehtiyatlı olmaq tövsiyə
olunur.
Buğa- Bu gün hansısa qeyri-adi təcrübə qazanmağınızla
bağlı ola bilər. Sizin həyatınızda baş verən hadisələri məntiqlə və
sağlam düşüncə ilə izah etmək olmur. Bu bürcün ən həssas nümayəndələri
belə hiss edəcəklər ki, həyat məcrasından çıxır, harasa aparan şiddətli
bir axına düşür. Lakin yadda saxlayın ki, baş verənlərə görə məsuliyyət
sizin üzərinizə düşəcək.
Tələsik hərəkətlər yolverilməzdir, hər bir addımınızı diqqətlə düşünməlisiniz. Böyüklərin məsləhətlərinə qulaq asmağa dəyər.
Əkizlər- Xarici təsir qarşısında həssassınız və arada
sizə təzyiq göstərmək istəyən insanlar qarşısında müdafiəsizsiniz.
Yanınızda çox yumşaqlıq etməyə, güzəştə getməyə yol verməyən insan olsa
yaxşıdır. Çünki bu yumşaqlıq və güzəştlər sizin üçün mənfi nəticələnə
bilər.
Gün incəsənətə, şou-biznesə marağın artması ilə də bağlıdır. Əntiq
əşyalar və ya bəzək əşyaları almağınız mümkündür. Siz öz həyatınızı daha
parlaq və qeyri-adi etmək istəyəcəksiniz. Bürcün bəzi nümayəndələri
yaşadıqları məkanı ekstravaqant etmək üçün dəyişikliklər etmək
istəyəcəklər.
Xərçəng- Bütün vacib işlərinizi günün birinci
yarısında başa vurmağa çalışın, çünki günün ikinci yarısı daha faydalı
olacaq. İşgüzar münasibətlər həddən artıq qeyri-sabitdir. Ayırd etmək
çətindir ki, kim doğrudan da sizin müttəfiqinizdir, kim sizdən, sadəcə
olaraq, öz məqsədinə çatmaq üçün istifadə edir.
Anlaşılmazlıqlar da ola bilər. Onlar xırda və əhəmiyyətsiz olacaq, ancaq
sayı çox olacaq. Bu xırda anlaşılmazlıqlar sizin yolunuzda maneəyə
çevrilə bilər. Nüfuzlu insanın vaxtında müdaxiləsi vəziyyəti yaxşılığa
doğru dəyişəcək.
Şir- Ev qayğıları o qədər çox olacaq ki, şirlərin bəzi
nümayəndələrinin fikri işdən yayınacaq. Bəzi pis niyyətli insanlar bu
vəziyyətdən yararlanmaq istəyəcəklər.
Bundan başqa, özünüzə qarşı rəhbərliyin hiddətini cəlb edə bilərsiniz,
nəticələr isə pis olacaq. Ətrafda baş verən hər şeyə həddən artıq
emosional yanaşırsınız. Bu da bəzən ətrafınızdakıları çıxılmaz vəziyyətə
sala bilər. Bir qədər səbirli olsanız, vəziyyətin sizin xeyrinizə
dəyişdiyini hiss edəcəksiniz.
Qız- Günün birinci yarısı işlə məşğul olmaq üçün əla
vaxtdır. Siz vaxtında təşəbbüslər göstərəcəksiniz, enerjinizi doğru
istiqamətdə sərf edəcəksiniz və tərəfdaşlarınızla münasibətlərdə özünüzü
müdrik aparacaqsınız. Ən çətin anlarda belə sakitliyinizi qoruya
biləcəksiniz. Ətrafınızdakılar məsləhət üçün sizə müraciət edəcəklər.
Şəxsi məsələlərin və ev işlərinin həlli üçün yaxşı gündür. Siz nəinki öz
emosiyalarınızı, o cümlədən başqalarının emosiyalarını da nəzarətdə
saxlayırsınız.
Tərəzi- Əlverişli gündür. Həm işgüzar, həm də şəxsi
məsələlərdə yaranmış problemlərin öhdəsindən asanlıqla gəlirsiniz. Əks
cinsin nümayəndələri sizə yüksək maraq göstərirlər. Bu gün romantik
münasibətlərin başlanğıcı üçün uyğundur. Şəxsi cazibəniz işgüzar
görüşlərdə işinizə yaraya bilər.
Öz xarakterinizin ən gözəl cəhətləri nümayiş olunan bu gündə sizə qarşı
rəğbətlər anlaşılandır. Yaxın səyahətlər sizi xoş sürprizlərlə sevindirə
bilər. Gözlənilməz pul gəlirləri də istisna olunmur.
Əqrəb- Bu gün bir qədər uğursuzdur. Neqativ
tendensiyalar sizi axşama qədər izləyə bilər. Ətrafdakıların diqqətini
özünüzə cəlb etməyə çalışırsınız, lakin bu, baş verəndə sizin xoşunuza
gəlmir. Münaqişələr və uzun müddət sizin gizli düşməniniz olan insanla
açıq qarşıdurmalar ola bilər.
Maliyyə vəziyyətiniz o qədər də ürəkaçan deyil. Qənaətcil olmağınız tövsiyə olunur. Öz ünvanınıza tənqidlər də eşidə bilərsiniz.
Oxatan- Bu gün özünüz haqda daha çox düşünəcəksiniz.
Qarşıda qoyulmuş məqsədlərə çatırsınız, bu isə sizi daha da ruhlandırır.
Yaradıcılıq imkanlarınız geniş olduğuna görə, gözəl ideyalar baxımından
çatışmazlıq olmayacaq. Sərmayələr, alış-veriş və maliyyə məsələlərinin
həlli üçün münasib gündür.
Yeni bir şeylər öyrənmək imkanını əldən verməyin. Bu, sizin üçün çox
faydalı olacaq. Zövq almaq üçün daha çox cəhd göstərəcəksiniz ki, bu da
cari işlərdən yayınmağınıza səbəb olacaq.
Oğlaq- İnsanlarla qarşılıqlı anlayışa nail olmaq,
lazım olan sözləri demək çətin olacaq. Məhz bu hal əvvəlcədən əldə
olunmuş razılaşmaların ləğv olunmasına, işgüzar və şəxsi münasibətlərin
pozulmasına səbəb ola bilər. Şəxsi mənafelərinizi qorumağa cəhd
göstərərkən, özünüzü çox sərt aparırsınız. O qədər əhəmiyyətsiz
güzəştlərə gedirsiniz ki, qarşı tərəf bunu hiss edə bilmir.
Bu gün lazımsız xərclər də çox ola bilər. Sizin üçün qiymətli olan
əşyanı itirmək ehtimalı da var. İşgüzar aktivliyi aşağı salmaq tövsiyə
olunur. Sevdiyiniz insanları danlamaqdan çəkinin və nəzərə alın ki, hər
bir zarafatınız insanların xətrinə dəyə bilər.
Dolça- Uğurların asanlıqla qazanıldığı, heç bir
problem üzərində uzun müddət düşünməyə ehtiyac olmadığı xoş bir gündür.
Demək olmaz ki, bu gün mühüm qələbələrlə yadda qalacaq, lakin siz baş
verənlərdən razı qalacaqsınız. Öz maraqlarınızı qorumağa hazır olun və
yaxınlarınız sizin şəxsi və ya iş həyatınıza müdaxilə etmək istəsələr,
bu müdaxilələri dəf edin.
İşdə əlverişli emosional situasiya formalaşacaq. Pis niyyətli adamlar sizin sakitliyinizi görüb təsim olacaqlar.
Balıqlar- Həyat potensialının yüksəlməsi ilə bağlı bir
gündür. Bu da sizə xoş əhval, işgüzarlılıq və enerji bəxş edəcək.
Qələbə çaldığınızda belə, narahatlığınız sona çatmayacaq və emosional
dəstəyə ehtiyac duyacaqsınız. Belə olan halda pis niyyətli insanlar
yaltaqlıqla sizin etimadınızı qazanmağa çalışacaqlar.
Siz pullara qarşı düşüncəsiz münasibət bəsləyirsiniz, bəzən onları
lazımsız yerlərə xərcləyirsiniz. Biletlər və səyahət üçün əşyalar almaq
tövsiyə olunmur.
Milli.Az