Xəzər Xəbər

Avqustun son günlərinin hava proqnozu

Cəmiyyət | 16:46 • 28 Avqust 2018
Avqustun son günlərinin hava proqnozu

Yaxın üç gün ərzində ölkə ərazisində hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Əsasən cənub-şərq küləyi üstünlük təşkil edəcək. Gün ərzində sabit, əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

G.Məmmədova bildirib ki, havanın hərarətinin Bakıda və Abşeron yarımadasında 28-33°, bölgələrdə 31-36°, dağlıq ərazilərdə 20-25° isti olacağı proqnozlaşdırılır.

Xəbər lenti