Avqustun 28-inə (saat
10:30) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az)
vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 44 880 sorğu
yerləşdirilib.
Bakı Şəhər Təhsil İdarəsindən AzVision.az-ın
sorğusuna cavab olaraq bildirilib ki, onlardan 42 306-sı ümumi təhsil
məktəblərini, 2 574-ü isə lisey və gimnaziyaları seçib.
Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 95 faizinə yaxındır.