Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) qeydiyyatı sabah başa çatır.
Dövlət İmtahan Mərkəzindən XəzərXəbər-ə verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olan
abituriyentlər avqustun 28-i saat 17:00‑dək sənədlərini daxil olduqları
təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.
Abituriyentin
təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi
ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.
Xatırladaq
ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan
abituriyentlərin qeydiyyatı isə sentyabrın 3-dək davam edəcək.