Paytaxt Bakı şəhərində
yollarda təmizlik işləri aparan təsərrüfat işçilərinin əməyinin
yüngülləşdirilməsi, iş prossesində onların təhlükəsizliyinin təmin
olunması ilə bağlı ölkə başçısının tapşırıqlarına əsasən, Bakı Şəhər
İcra Hakimiyyəti tərəfindən kompleks tədbirlər hazırlanıb.
Bakı Şəhər İcra hakimiyyətindən XəzərXəbər-ə
verilən məlumata görə, tədbirlərin həyata keçirilməsi ilə əsas
magistral yollarda, prospektlərdə zibilin yığışdırılması tamamilə
avtomatlaşdırılacaq. Bu proqramın hazırlanmasına avropalı aparıcı
ekspertlər cəlb olunub və hazırda onların təklifləri müzakirə olunur.
Qeyd
edilib ki, istənilən halda iş prosesində əl əməyinin qalacağı nəzərə
alınaraq onun minimuma endirilməsi üçün tədbirlər həyata keçirilir və
küçələrdə, xüsusilə də əsas magistral yol və prospektlərdə təsərrüfat
xidmətləri işçilərinin təhlükəsizliyinin təminatı üçün xəbərdaredici
nişanlar hazırlanmış və rayon Mənzil Kommunal Təsərrüfatı Birliklərinə
paylanıb.
Eyni zamanda yeni texnikaların alınması ilə bağlı
müxtəlif şirkətlərlə danışıqlar aparılır. Artıq şəhər təsərrüfatı
texnikası istehsalında böyük təcrübəsi olan Almaniyanın MAN şırkətinin
istehsalı olan 10-a yaxın belə texnika Bakıya gətirilərək təsərrüfatçılara verilib. Yeni, müxtəlif təyanatlı texnikaların alınması istiqamətində işlər davam edir.