"Qaz İxrac” İdarəsinin
Magistral qaz kəməri sahəsində cari təmir işləri ilə əlaqədar bu gün
paytaxtın bir neçə rayonunda qaz verilişində fasilələr olacaq.
"Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, yeni çəkilmiş diametri 530 mm-lik Əzizbəyov
dairəsi Modul "30-cu sahə Qaz Paylayıcı Stansiyası” magistral qaz
kəmərinin 294 metrlik və 325 mm-lik, "30-cu sahə-Qazanlar Qaz Paylayıcı
Stansiyası” magistral qaz kəmərinin 125 metrlik hissəsinin mövcüd
şəbəkəyə birləşdirilməsi ilə əlaqədar, sabah saat 10:00-dan təmir işləri
tamamlananadək Bakı şəhəri Nizami, Xətai və Nərimanov rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Görülən zəruri təmir işlərinin Sabunçu rayonu Bakıxanov qəsəbəsinin də bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.
Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq.
"Azəriqaz”
İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı
xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət
edilməsini xahiş edir.