Xəzər Xəbər

KİVDF-yə indiyədək 35 milyon manat ayrılıb

Cəmiyyət | 11:55 • 18 İyul 2018
KİVDF-yə indiyədək 35 milyon manat ayrılıb

Bu günə qədər Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) 35 milyon manat ayrılıb.


Bunu Fondun rəhbəri Vüqar Səfərli bildirib.


V.Səfərli qeyd edib ki, həmin vəsait hesabına mətbuat orqanları inkişaf etdirilib, redaksiyalar yüksək texnologiyalarla təmin olunub:


"Bu gün artıq demək olar ki, hər bir jurnalistin şəxsi noutbuku var. Halbuki vaxtilə redaksiyalarda kompüter çatışmazlığı var idi. Avadanlıqlar istifadəyə yarasız idi". (Trend)

Xəbər lenti